Kateqoriyasız

Premyer Liqamızda ilk turun ən yaxşı futbolçusu

Topaz Premyer Liqada 2018/2019 mövsümünün ilk turunun ən yaxşı futbolçusu müəyyənləşib. 

İdmanxeber.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov hamını qabaqlayıb.

“Sumqayıt”a qarşı oyunda komandasını kapitan kimi meydana çıxaran Mahmudov 2-ci qolun müəllifi olub. InStatın təhlilinə əsasən, o, turun ən yüksək indeksə malik futbolçusudur.

Qeyd edək ki, ilk turda “Neftçi” “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43