Dünya futbolu

Premyer Liqanı tərk edən 2-ci komanda məlum oldu

İngiltərə Premyer Liqasını tərk edən növbəti komandanın adı məlum olub.

36-cı turda “Çelsi”yə 0:3 hesabı ilə uduzan “Midlsbro” Premyer Liqa ilə vidalaşıb. 36 turdan sonra 28 xalla turnir cədvəlinin  19-cu pilləsində qərarlaşan “Midlsbro” sona iki tur qalmış 17-ci pillədə olan “Suonsi”dən 7 xal geridə qalır.

“Sanderlend” də Premyer Liqanı tərk edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43