Kateqoriyasız

Premyer Liqanın 7-cisi

“Qəbələ” Azərbaycan çempionatları tarixinin 7-ci komandasıdır.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” 2006/07 mövsümündə debüt etdiyi Premyer Liqaya 14 dəfə qatılıb.

Bu müddətdə 412 oyun keçirən komanda 166 qələbə qazanıb. Hesabında 107 heç-heçə də olan “Qəbələ” 139 məğlubiyyət alıb. Rəqib qapılarına 505 top vuran “Qəbələ” 444 top buraxıb. Ümumilikdə 605 xal toplayan “qırmızı-qaralar” bu göstəricidə yalnız 6 komandadan geri qalır. “Qəbələ” mümkün olan xalların 48,9 faizini toplaya bilib.

Bunlardan 336-sı ev qarşılaşmalarına təsadüf edib. “Qəbələ” öz meydanında ən çox toplayan klublar arasında 8-cidir. Səfərdə 269 xal yığan “qırmızı-qaralar” rəqib meydanlarındakı göstəriciyə əsasən 7-ci yerdədir.

Xatırladaq ki, 1992-ci ildən keçirilən ölkə çempionatlarında 60 komanda iştirak edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43