İdman

Premyer Liqanın təqvimində yenə dəyişiklik oldu

Azərbaycan Premyer Liqasının VII turunun “İnter” – “Zirə” matçının vaxtı dəyişdirilib. 

İdmanxeber.com-un məlumatına görə, buna 21 yaşlı futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı səbəb olub.

 

Oktyabrın 7-də Helsinkidə Finlandiya U-21 yığması ilə rəsmi oyun keçirəcək millimiz həmin ayın 2-dən etibarən Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında iştirak edəcək. Millimizin heyətində “İnter” və “Zirə” klubunun futbolçuları da yer alacaq. Bütün bunları nəzərə alan PFL qarşılaşmanın vaxtını dəyişib.

 

“İnter” – “Zirə” matçı oktyabrın 2-də deyil, sentyabrın 30-da baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43