Dünya futbolu

Prezident Corc Vea 51 yaşında futbol oynadı

“Çelsi”, “Mançester Siti” və “Milan”ın sabiq oyunçusu, 1995-ci ildə dünyanın ən yaxşı futbolçusu və Liberiyanın hazırkı prezidenti Corc Vea yoldaşlıq oyununda iştirak edib.

51 yaşlı sabiq oyunçu Liberiya və Nigeriya yığmaları arasında keçirilən yoldaşlıq görüşündə start heyətdə meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib.  Qarşılaşma Nigeriyanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, matç  Veanın karyerasının böyük hissəsini keçirdiyi millidə 14 nömrəli formanın əbədiləşdirilməsi məqsədilə təşkil olunub.

Xatırladaq ki, Vea 2017-ci ilin dekabrında  Liberiyanın prezidenti seçilib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43