Milli komanda

Prosineçki “Neftçi”ni günahlandırdı: “Mən başa düşə bilmirəm ki, o niyə əsas heyətdə oynamır?”

Millimizin baş məşqçisi Robert Prosineçki Antalya hazırlığı zamanı jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssis “Hayduk”a transfer olunan Ruslan Qurbanovun “Neftçi”də əsas heyətə düşə bilməməsindən danışıb.

“Mən başa düşə bilmirəm ki, Ruslan niyə “Neftçi”də əsas heyətdə oynamır? Bununla həmkarlarımı tənqid etmək istəmirəm. “Neftçi”nin bir çox oyunlarını izləmişəm. Azərbaycan futbolunda olan problem odur ki, futbolçular açılıb komanda yoldaşından top istəmir. Ancaq topla olan futbolçu oynayır. Futbolçu dərk etməlidir ki, lazimi mövqeyə çıxıb top istəmək lazımdır. Bu cəhətdən Ruslan çox yaxşı futbolçudur.  İnanıram ki, o,”Hayduk”da əsas heyətə düşəcək.”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43