Dünyadan

Prosineçkinin əvəzinə Korkut

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkini baş məşqçi postuna gətirə bilməyən “Bursaspor” klubunun yeni çalışdırıcısı müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, “Bursaspor”u bundan sonra Tayfun Korkut çalışdıracaq.

Son olaraq “Kayzerslautern”də işləyən Korkutla artıq razılıq əldə olunub və yaxın günlərdə müqavilənin imzalanacağı gözlənilir.

Qeyd edək ki, bir neçə gün öncə “Bursaspor” milli komandamızın çalışdırıcısı Robert Prosineçki ilə müqavilə imzalamaq istəyirdi, lakin yığmamızın çalışdırıcısı ilə razılıq əldə edə bilməmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43