Milli komanda

Prosineçkinin ilk rəqibi bəlli oldu- millimiz ukraynalılarla qarşılaşacaq

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək Azərbaycan milli komandasının yoldaşlıq oyunundakı rəqibi müəyyənləşib.  

İdmanxeber.com AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, komandamız Ukraynanın “Şaxtyor” (Donetsk) klubu ilə qarşılaşacaq.

Millimizin baş məşqçisi Robert Prosineçkinin ilk rəqibi olacaq “Şaxtyor”la oyun fevralın 24-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43