Kateqoriyasız

PSJ Mbappeni bu qiymətə satır

Fransanın PSJ klubu futbolçusu Kilian Mbappeni 400 milyon avroya satmağa hazırdır.

İdmanxeber.az-ın məlumatına görə, bir neçə klub 24 yaşlı hücumçunu heyətinə qatmaq istəyir. İddiaya görə, forvard klub rəhbərliyindən onu buraxmasını xahiş edib. Buna səbəb tərəflər arasında münasibətlərin tamamilə korlanmasıdır.

Qeyd edək ki, Kilian Mbappe cari mövsüm PSJ-nin heyətində 13 oyuna çıxıb və 12 qol vurub. Onun müqaviləsi 2025-ci ildə başa çatmalıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43