Milli komanda

Pyetro Qodin: “Bizim əsas rəqibimiz Azərbaycan yığmasıdır”

Avropa Çempionatının seçmə mərhələsindəki rəqiblərimizdən olan Malta millisinin baş məşqçisi Pyetro Qodin açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, Qodin bu fikirləri səsləndirib:

“Biz qrupda sonuncu olmamaq üçün mübarizə aparırıq. Əsas rəqiblərimizdən biri Azərbaycan yığmasıdır. Onlar kağız üzərində bizə uduzsada FİFA reytinqində bizdən irəlidədir. Bu səbəbdən də biz daha diqqətli olmalıyıq.”

Qeyd edək ki, Azərbaycan millisi H qrupunda sıfır xalla sonuncu yerdə gedir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43