Kateqoriyasız

“Qəbələ” “Ayntraxt” və “Espanyol”la eyni səbətdə

Azərbaycan kubokunun yeni qalibi “Qəbələ” Avropa Liqasına II təsnifat mərhələsindən qoşulacaq.

İdmanxeber.az-ın məlumatına görə, aktivində 6,250 xalı olan əyalət klubu “səpələnmişlər” səbətində yer alacaq. Bu səbətdə “Espanyol” (İspaniya), “Vulverhempton” (İngiltərə), “AZ Alkmaar” (Hollandoya), “Ayntraxt” (Almaniya), “Strasburq” (Fransa), “Gimaraynş” (Portuqaliya), “Sparta” (Çexiya), “Atromitos” (Yunanıstan) klubları da qərarlaşıb.

Polşanın “Lexiya” və Bolqarıstanın “Lokomotiv” (Plovdiv) klubları “qırmızı-qaralar”ın məlum olan potensial rəqibləridir.

Avrokuboklarda I və II təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43