Kateqoriyasız

“Qəbələ” də maliyyə hesabatını açıqladı

Topaz Premyer Liqasının daha bir klubu maliyyə hesabatını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, “Qəbələ” 2018-ci il üçün göstəricilərini ictimaiyyətə təqdim edib.

Bildirilib ki, bölgə klubunun ötən il ərzində gəlirləri 7 milyon 748 min manat, xərcləri isə 8 milyon 303 min manat təşkil edib.

Hesabatda klubun cari və cəmi öhdəlikləri 2 milyon 916 min manat, cəmi kapitalı 10 milyon 754 min manat, cəmi aktivləri isə 13 milyon 670 min manat göstərilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43