Kateqoriyasız

“Qəbələ” – “Hayduk” matçını türklər idarə edəcək

UEFA Gənclər Liqasındakı təmsilçimiz “Qəbələ”nin turnirin I mərhələsinin cavab oyunu çərçivəsində Xorvatiyanın “Hayduk” komandasına qarşı keçirəcəyi qarşılaşmanın hakimləri açıqlanıb.

 

İdmanxeber.az xəbər verir ki, oktyabrın 4-də, saat 17:00-da Qəbələ şəhər stadionunda təşkil olunacaq oyunu Türkiyədən olan hakimlər briqadası idarə edəcək:

Baş hakim: Arda Kardeşler
Baş hakimin köməkçiləri: Mehmet Emin Tugral, Süleyman Özay
Dördüncü hakim: Kamal Umudlu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43