Bu gün futbol üzrə Misli Premyer Liqasında III turun daha 2 oyunu keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, günün ilk matçı Qəbələdə “Kəpəz”lə “Qəbələ” arasında olub. Saat 18:00-da başlayan görüşdə “qırmızı qaralar” 3:0 hesabı ilə qalib gəlib.
Digər matçda isə “Zirə” doğma meydanda “Sumqayıt”ı qəbul edib. Görüşdə qapılarla qol vurulmayıb – 0:0.
Azərbaycan Premyer Liqası
III tur
21 avqust (bazar)
18:00. “Kəpəz” – “Qəbələ” 0:3
Qollar: Məqsəd İsayev, 18, Ramon Maçado, 27, Rövlan Muradov, 57
Hakimlər: Rauf Allahverdiyev, Zeynal Zeynalov, Vüsal Məmmədov, Rövşən Rəcəbov
Hakim-inspektor: Əmrah İbrahimov
Qəbələ şəhər stadionu.
20:00. “Zirə” – “Sumqayıt” 0:0
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Rahil Ramazanov, Cavid Cəlilov
Hakim-inspektor: Feyzulla Feyzullayev
“Dalğa Arena”.
Qeyd edək ki, turun əvvəlki 2 oyununda “Şamaxı” evdə “Səbail”lə 1:1 hesablı heç-heçə edib, “Neftçi” isə səfərdə “Sabah”a uduzub – 1:2. III turun “Turan Tovuz” – “Qarabağ” matçı isə “köhlən atlar”ın Çexiyada “Viktoriya” (Plzen) komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa daha yaxşı hazırlaşa bilməsi səbəbindən təxirə salınıb.