Ölkə futbolu

“Qəbələ” Konfrans Liqası üçün UEFA-ya bu stadionları sifariş etdi

Premyer Liqada 4-cü pilləni tutan “Qəbələ” Konfrans Liqasında mübarizə aparacaq.

İdmanxeber.az-ın məlumatına görə, komanda avrokuboklarda çıxış etmək üçün UEFA-ya 3 stadion sifariş verib. Turnirə II təsnifat mərhələsindən başlayan “qırmızı-qaralar” ilk turdakı rəqibini Qəbələ şəhər stadionunda qəbul edəcək.

Əyalət təmsilçisi əgər bu mərhələni adlaya bilsə, III təsnifat mərhələsi və pley-off oyunlarını “Dalğa Arena”da keçirəcək. Təmilçimiz Konfrans Liqasında qrup mərhələsinə vəsiqə qazansa, rəqiblərini “Bakcell Arena”da qəbul edəcək.

Qeyd edək ki, iyunun 20-də I təsnifat mərhələsinin, bir gün sonra isə II raundun püşkü atılacaq. Azərbaycan klubları ilk oyunlarını iyulun 27-də, cavab matçlarını avqustun 3-də keçirəcəklər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43