Kateqoriyasız

“Qəbələ” “Neftçi” ilə qarşılaşacaq

“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə hazırlığına start verir.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının 6-cı turunun “Qarabağ”la səfər matçından (0:2) sonra üç günlük istirahətə buraxılan “qırmızı-qaralar” bu gün bir araya gələcək.

Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda fasilə dövründə yoxlama oyunu keçirəcək. “Qəbələ” “Neftçi” ilə qarşılaşacaq. Görüş oktyabrın 9-da keçiriləcək. Yoxlama oyunu Bakıxanov qəsəbəsindəki Türk Hava Yolları Futbol Mərkəzində keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43