Kateqoriyasız

“İrlandiya Azərbaycandan güclü olduğunu göstərməlidi”

“Mançester Yunayted”in sabiq futbolçusu, hazırda İrlandiyanın gənclərdən ibarət yığma komandasının köməkçi məşqçisi vəzifəsində çalışan Con O`Şi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçiriləcək oyunla bağlı danışıb.

O, matç haqda bunları deyib: “Səfərdə qalib gəlmək hər zaman çətindi. Amma komandamız rəqibindən güclü olduğunu göstərməlidi. Məğlub olmaq təhlükəsi həmişə var. Xüsusən də səfərdə oynayırsansa. Ona görə də hər şeyə hazır olmaq lazımdı. Rəqib zəifdirsə, onların müdafiəsini keçmək çətin olur. Qol vurmaq əsas məsələdi. Epizodların varsa, bunu etməlisən. Uşaqlar özlərinə inanmalıdı. Yerli azarkeşlər tərəfindən komandamıza təzyiq olacaq. Amma buna fikir vermək lazım deyil”.

Azərbaycan – İrlandiya matçı oktyabrın 9-da Bakı Olimpiya stadionun keçiriləcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43