Kateqoriyasız

“Qəbələ”nin potensial rəqiblərinin sayı azaldı – UEFA Gənclər Liqası

Sabah Gənclər Liqasında Çempionlar yolunun püşkü atılacaq.

İdmanxeber.az xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə ilk iki mərhələnin cütləri müəyyənləşəcək. Ölkəmizi turnirdə təmsil edəcək “Qəbələ”nin də rəqibi bəlli olacaq.

“Qırmızı-qaralar”ın U-19 komandasının 7 mümkün rəqibi müəyyənləşib: “Rux” (Ukrayna), MTK (Macarıstan), “Zaqlebiye” (Polşa), “Hayduk” (Xorvatiya), “Trençín” (Slovakiya), “Jalgiris” (Litva), “Yelqava” (Latviya).

Birinci mərhələnin oyunları sentyabrın 14-də və oktyabrın 5-də baş tutacaq. İkinci raund oktyabrın 26-da və noyabrın 2-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43