Dünya futbolu

“Qalatasaray” “Barselona”nın futbolçusuna “elçi düşüb”

Türkiyənin “Qalatasaray” klubu “Barselona”nın futbolçusu Aleksandr Sonqa “elçi düşüb”.

Qardaş ölkə mətbuatının yaydığı xəbərə görə, türk klubunun baş məşqçisi Roberto Mançini rəhbərlikdən kamerunlu futbolçunun komandaya transfer olunmasını tələb edib.  Kamerunlu oyunçunun uzun müddət “Arsenal”da birlikdə çıxış etdiyi Emanuel Ebue ilə bu transfer üçün görüşəcəyi söylənilir. 

“Qalatasaray”ın qışda ulduz futbolçu ilə rəsmən danışıqlara başlayacağı mətbuatda yer alan xəbərlər arasındadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43