Dünya futbolu Dünyadan

“Qalatasaray” “Fənərbağça”nın daha bir futbolçusunu transfer edə bilər

“Fənərbaçğa”dan Şener Özbayraqlını heyətinə qatan “Qalatasaray” “sarı bülbüllər”in daha bir futbolçusuna göz dikib.

İdmanxeber.az-ın məlumatına görə, “Cim-bom” bu dəfə Salih Uçanı hədəfə alıb. Müqavilə ilə “Fənər”ə məxsus olan, icarə əsasında İtaliyanın “Empoli” klubunda çıxış edən 25 yaşlı futbolçu “Qalatasaray”ın transfer etmək istədiyi futbolçular siyahısındadı.

Qeyd edək ki, S.Uçan “Empoli”də 14 oyunda meydana çıxıb və 1 qol, 1 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43