Dünyadan

“Qalatasaray” finalda! (VİDEO)

Türkiyə kubokunda ilk finalçının adına aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, “Qalatasaray” ilk finalçı olub. “Cim-Bom” səfərdə 3:1 hesbaı ilə qalib gəldiyi “Rizəspor”la cavab matçında qolsuz heç-heçə edərək adını finala yazdırıb.

Qeyd edək ki, digər finalçı “Fənərbaxça” – “Konyaspor” cütünün qalibi olacaq. İlk görüşdə “Fənərbaxça” səfərdə 3:0 hesabı ilə qalib gəlib.

4 may

Türkiyə kuboku, yarımfinal cavab oyunu

“Qalatasaray” – “Rizəspor” – 0:0

İlk oyun – 3:1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43