Dünya futbolu

“Qalatasaray” Hakan Balta ilə vidalaşır

Hakan Balta vida edir.

Türkiyə Super Liqasının ikinci turunda öz meydanında “Göztəpə” klubunu qəbul edəcək “Qalatasaray” veteran oyunçusu ilə vidalaşacaq. 11 ildi  İstanbul nəhənginin şərəfini qoruyan Hakan Baltaya oyundan öncə xüsusi bir plaket təqdim edilərək, xidmətlərinə görə təşəkkür ediləcək. 

Qeyd edək ki, 35 yaşlı veteran oyunçunun iki oğlu da komandanın alt yapısında mübarizə aparır.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43