Dünya futbolu Kateqoriyasız

“Qalatasaray” “Roma”nın oyunçusunu aldı

Türkiyəni Çempionlar Liqasında təmsil edəcək “Qalatasaray” heyətini gücləndirməkdə davam edir.

İdmanxeber.az-ın məlumatına görə, “sarı-qırmızılılar” “Roma”nın yarımmüdafiəçisi Stiven Nzonzinin keçidini rəsmiləşdirib. Fransa millisinin üzvü Türkiyə klubuna 1 illik icarəyə verilib.

Qeyd edək ki, Stiven Nzonzi “Roma”ya ötən il “Sevilya”dan keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43