Dünyadan

“Qalatasaray” “Spartak”ın futbolçusundan imtina etdi

“Qalatasaray” Moskva “Spartak”ının futbolçusu Salvatore Bokketinin  transferindən imtina edib.

Buna səbəb “Cim-Bom”la Rusiya klubu arasında təzminat qiymətində razılıq əldə olunmamağıdır.

“Spartak” müqaviləsi bu mövsümün sonu başa çatacaq 30 yaşlı oyunçu üçün 3.5 milyon  avro təzminat istəyib. Bu qiymətlə razılaşmayan “Qalatasaray” S.Bokkettini transfer etmək fikrindən daşınıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43