Dünya futbolu

“Qalatasaray”da ciddi itki

“Aslan”ın heyətində ciddi itki.

Dünən Superliqanın VI turunda doğma meydanda “Erzurumspor”la qarşılaşan “Qalatasaray”ın heyətində ciddi itki baş verib. “Cim-bom”un yeni transferi Emre Akbaba oyunun ilk hissəsində zədələnərək meydandan çıxıb. Klub saytından verilən məlumata görə,  futbolçunun ayağında sınıq olduğu və yaxın günlərdə əməliyyat olacağı bildirilib. Oyunçunun meydanlara nə vaxt qayıdacağı hələlik bəlli deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43