Dünya futbolu

“Qalatasaray”da növbəti QALMAQAL!

Türkiyə mediyasının xəbərinə görə, Sabri Mançiniyə qarşı bir az küsgündür.  "Qalatasaray"ın kapitanı "Mövsümün sonunda məşqçi məni komandasında görmək istəməyə bilər. Bu qərara hörmət edərəm" deyəndən sonra, "Qazientepspor"la oyunda kapitan sarğısını taxmaqdan imtina etmişdi. Onun əvəzinə bu sarğının ikinci kapitan Selçuk İnanda olması diqqət çəkmişdi.

Deyilənə görə, Sabri Ziraat Türkiyə kubokunda meydana daxil olmadığı üçün məşqçisinə qarşı əsəbi olub və bir daha o sarğını taxmaq istəmədiyini deyib. Oyundan əvvəl Selçuk İnan Sabrini qərarından vaz keçməyə çağırsa da, bu cəhdlər fayda verməyib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43