Kateqoriyasız

“Qalatasaray”dan “Neftçi”yə cavab: “AzərbayCAN’da görüşərik”

UEFA Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşacaq “Neftçi” və “Qalatasaray” “Tvitter”də mesajlaşıb.

Əvvəlcə Bakı təmsilçisi “Sizi gözləyirik, “Qalatasaray”, We are waiting for you, “Qalatasaray” paylaşımını edib. İstanbul klubu isə buna cavab olaraq  Azərbaycan dilində “AzərbayCAN’da görüşərik. Yaxşı oynayan qalib gəlsin” yazıb.

Qeyd edək ki, Avropa Liqasında 2-ci təsnifat mərhələsinin oyunları sentyabrın 17-də olacaq. “Neftçi” “Qalatasaray”ı Bakıda qəbul edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43