Dünyadan

“Qalatasaray”ın baş məşqçisi onu bağışladı

“Qalatasaray”da aşağı yaşı qrupları üzrə komandaya göndərilən Yasin Öztəkin əfv edilib.

İdmanxeber.com-un məlumatına görə, “cim-bom”un çalışdırıcısı Yan Olde Riekerink Yasini bağışlayıb. 29 yaşlı futbolçu bu gün əsas komandanın məşqində iştirak edib. O, kollektivlə birgə çalışıb.

Qeyd edək ki, Yasin Öztəkin “Adanaspor”a qarşı keçirilən oyun zamanı əvəzlənməsinə etiraz əlaməti olaraq ehtiyat oyunçular skamyasında formasını yerə atmış və oturacaqların şüşəsinə yumruq vurmuşdu.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43