Ölkə futbolu

QALMAQAL! “Qəbələ” və “Xəzər Lənkəran”ı üz-üzə qoydu: “Elnurun “Xəzər Lənkəran”la müqaviləsi yoxdu”

“Bildiyimə görə, biz Elnur Allahverdiyevi sifariş ərizəsinə salanda onun klubu ilə müqaviləsi yox idi. Qısacası müqaviləsi olan oyunçunu necə olur ki, avqustun 31-də sifariş edirik?”

Bu sözləri idmanxeber.com-a “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı deyib.

Əyalət klubunun rəsmisi bildirib ki, onlar Elnuru 4 aylıq icarəyə götürməyiblər, futbolçuyla müqavilə imzalanıb:

“Biz dekabrın 20-dən Elnuru buraxmışdıq. Əgər 31 avqustda kağız veriblərsə ki, Elnur azad agentdir, ondan əvvəl bağlanan müqavilə avtomatik olaraq qüvvədən düşür. Ona görə də, Elnura görə “Xəzər Lənkəran”la danışıqlar aparmırıq. Çünki o, oraya məxsus deyil”.

“Xəzər Lənkəran”ın mətbuat xidməti isə bu iddialara belə cavab verib: “Sənədləri təqdim edərik, bilinər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43