Ölkə futbolu

Qalmaqallı “Böyük oyun”da edilən sevgi etirafının səbəbkarı: “Həyatda mənim üçün sevgi 2 şeydən ibarətdi” – MARAQLI

Qalmaqalsız ötüşməyən “Xəzər Lənkəran” – “Neftçi” oyununda açılan bir pankart azarkeşlərin xüsusi diqqətini çəkdi.

İdmanxeber.com-un məlumatına görə, Cənub klubunun bir fanatı “Böyük oyun”un gedişində sevdiyi qıza tribunadan mesaj göndərib.

“Caspian Ultras” fan-qrupunun fəal üzvlərindən olan İbrahim Bayram bu oyunda açdığı pankartın səbəblərini bizə danışıb:

“Bu oyunda istədiyim insana, istədiyim tərzdə sevgi etirafımı etmək istədim. Həyatda mənim üçün sevgi 2 şeydən ibarətdi: “Xəzər Lənkəran” və fanatlıq… Bu sıraya məhz istədiyim xanımın da adını yazmaq istədim. Məhz buna görə də, Azərbaycanda bir ilki reallaşdıraraq, sevgi etirafını tribunadan etdim. Qarşılıqsız sevgi olduğundan, bir də belə yoxladım. Buna görə də futbol eşqi ilə ülvi hisslərimi “Böyük oyun”da etiraf etmək istədim və bacardım. Bu məsələdə mənə yardımçı olan “Caspian Ultras” fan-qrupunun hər bir üzvünə təşəkkürümü bildirirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43