Milli komanda

Qara Qarayev: “Edə bilərdik, ya bilməzdik, bunu fakt etdik” (MÜSAHİBƏ)

Milli komandamızın futbolçusu Qara Qarayev Malta ilə oyundan sonra idmanxeber.com-a müsahibə verib.

– İlk öncə oyunla bağlı düşüncələrini öyrənəridik…

– Tur başlayandan ardıcıl dörd məğlubiyyət almışdıq. Bu oyunda dönüş etmək istəyirdik. Şükür Allaha buna da nail olduq. Bizə inanıb stadiona gələn azarkeşlərə və jurnalistlərə təşəkkür edirəm. Bizi tək qoymadılar. Biz də istəyimizə nail olduq.

– Qələbə çətinliklə gəldi…

– Düzdü, bir az çətin oldu. Özümüz də bunu bilirdik. Bilirdi ki, Maltaya qarşı çox çətin olacaq. Çünki rəqib öncə beş müdafiə oynayırdı, sonradan 4 müdafiəçiyə keçdilər. Riskə gedirdilər. Malta qol vurmaq üçün şans yaxaladı. Ağır olsa da , istəyimizə nail olduq.

– Xüsusən ikinci hissədə rəqib sizi sıxırdı…

– Biz 1:0 öndəydik. Risk etmək istəmirdik. Malta isə qol vurmaq üçün risk etməli idi, çünki uduzdurdular.

– Geriyə ötürmələr çox olurdu. Bu baş məşqçinin xüsusi tapşırığı idi?

– Baş məşqçi demir ki, geriyə ötürmə verin. Tapşırmışdı ki, topu özünüzdə saxlasıyın. Ortada çox adam idilər, ona görə həm mümkün deyildi ortaya oynamaq, həm də məcbur deyildi ancaq irəliyə oynamaq. Ona görə topun bizdə qalması üçün komandamıza güc verirdi. Rəqib daha çox qaçırdı. Epizdolardan istifadə edib hücum qururduq. Elə qol epizodunda da top saxlayıb vurduq.

– Qol erkən olmasaydı, bu oyunla Maltanı uda bilərdik?

– Edə bilərdik, ya bilməzdik, bunu fakt etdik. Düşünürəm qismətimizdə var idisə, erkən qol vurmasaydıqsa udacaqdıq. Çünki daha çox istəyən tərəf biz idik.

– Hiss olunurdu ki, rahat oynayırdız….

– Baş məşqçinin göstəşi idi. Təzyiq yox idi. Demişdi ki, çıxıb sakit futbolunuzu oynayın, sakit və səbrli olmalıyıq. Bunun da nəticəsində qələbə gəldi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43