Müsahibə

Qara Qarayev: “Qurban Qurbanov “Yanq Boyz”la bağlı bizə heç bir məlumat verməyib” (MÜSAHİBƏ)

“Qarabağ”ın futbolçusu Qara Qarayevin İdmanxeber.com-a müshaibəsi.

– Uzun müddətdən sonra qol vurdun və yeni mövsümdə ilk qələbənizi qazandınız…

İki il öncə “Neftçi”yə qol vurmuşdum. Bugün də “Rəvan”ın qapısına yol tapdım. Şükürlər Allaha ki, yaxşı qol vurdum”.

– Darıxmırsan qol vurmaq üçün? 

Əlbəttə, fərqlənmək istəyirəm. Gözəl hissdi qol vurmaq. Bu məni çaşdırmamalıdı. Daha da ciddi çalışmalıyam.

– Necə oldu Dani Quintana imkan verdi ki, zərbəni sən yerinə yetirəsən?

Sağol dedim ona…. Həmişə o vurur. Ancaq o bu dəfə buraxdı, mən vurdum. Qoldan sonra ona təşəkkürümü bildirdim. Mənim mövqeyim elədir ki, qol vurmaq çətindi. Buna baxmayaraq imkan tapdıqca qapıya zərbə vurmağa çalışıram.

– “Rəvan”ı çətinliklə uddunuz…

Əsas heyətdən əksər futbolçu oynamırdı. Buna görə də, qələbə qazanmaqda çətinlik çəkdik. Yeni futbolçuların uyğunlaşma məsələsi var. Əsas məsələ qələbə qazanmaq idi. 

– Qarşıdan “Yanq Boyz”la matç gəlir. Bu haqda nə deyərdin?

Yaxşı komandaya qarşı oynayacağıq. Qurban Qurbanov “Yanq Boyz”la bağlı bizə məlumat verməyib. Bu oyunu gözləyirdi. Bu matçdan sonra bizə məlumat verəcək. Allah eləsin ki, “Qəbələ” də, biz də qrupa vəsiqə qazanaq.

– Keçən il “Tvente” qarşısına çıxan “Qarabağ”la “Yanq Boyz” qarşısına çıxacaq “Qarabağ” arasında nə kimi fərq var?

Fərq təbii ki var. Bir neçə oyunçumuz yoxdur. Çumbinyo zədəlidir. Aparıcı oyunçulaırmızdan Leroy Corc, Muarem Muaremin yoxluğu sössüz ki, fərq yaradır. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43