Kateqoriyasız

Qriqorçuk: “Avropada meydançaya az çıxanlara şans vermişdik”

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının ikinci turunda AZAL-a qalib gəldikləri oyundan (2:0) sonra fikirlərini bildirib.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, o, üç xal qazandıqları üçün sevindiyini deyib:

“Heyətdə müəyyən dəyişikliklər etmişdik. Bu, rəqibdən asılı deyil. Ümumiyyətlə, mən rəqibin zəif olmasını ümumiyyətlə düşünmürəm. Bildiyiniz kimi,  Avropa Liqasında mübarizəni davam etdiririk. Avropada meydançaya az çıxanlara şans vermişdik. Eyni zamanda, reqlamentə görə  bəzi dəyişikliklər etmişdik. Sevinirəm ki, dəyişikliklərin fonunda xal itirmədik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43