Kateqoriyasız

“Qarabağ” 3 pillə irəlilədi, “Bavariya” liderdi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının reytinq cədvəlini açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, 200 ən yaxşı klub arasında ölkəmizi yalnız “Qarabağ” təmsil edir. 

Ağdam klubu ötən ayla müqayisədə bu dəfə 3 pillə irləliləməyə müvəffəq olublar. Belə ki, keçən ay 113-cüsü olan “Qarabağ”  hazırda 123,50 xalla 110-cu pillədə qərarlaşıb. Bu göstərici ilə Qurban Qurbanovun yetirmələri Misirin “Əl-Əhli”, Braziliyanın “Fluminense”, Fransanın “Sent Etyen” kimi klublarını geridə qoyub. 

2013-cü il martın 1-dən 2014-cü il fevralın 28-dək olan bu vaxtda müəyyən edilən 200 ən yaxşılar sırasında birinci yer Almaniya “Bavariya”sına məxsusdu. Münhen klubu 370 xalla birinci, Madrid “Real”ı isə 301 xalla ikinci pillədədi. Madridlilərin əzəli rəqibi “Barselona” isə 3-cü yerdə qərarlaşıb – 267 xal.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43