Kateqoriyasız

“Qarabağ” – AEL matçına nə qədər bilet satılıb?

Konfrans Liqasının 3-cü mərhələsi çərçivəsində keçirləcək “Qarabağ” – AEL matçına bilet satışı davam edir.

Klubun mətbuat xidmətindən İdmanxeber.az-a verilən məlumata görə, qarşılaşmaya 4 minə yaxıb bilet satılıb.

Avqustun 12-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – AEL matçı saat 20:00-da başlayacaq.

Komandalar arasında Kiprdə baş tutan matç 1:1 hesablı heç-heçə ilə bitib. Sözügedən oyunda 90+3-cü dəqiqədə Abdullah Zubirin vurduğu bərabərlik qolundan sonra azarkeşlərlə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov arasında qalmaqal yaşanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43