Kateqoriyasız

“Qarabağ” Avroliqadan nə qədər qazanıb?

“Qarabağ” daha milyonlar  qazana bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ” Çempionlar Liqasında I mərhələdən 280 min, II mərhələdən 380 min və III mərhələdə iştirak üçün 480 min avro qazanıb (1 milyon 140 min avro). UEFA Avroliqasının pley-off mərhələsində “Şerif”i məğlub etdikdən sonra isə Ağdam təmsilçisi büdcəsini daha 2.62 milyon avro artırıb.

“Qarabağ” Avroliqanın qrup mərhələsində büdcəsini daha da zənginləşdirə bilər. Belə ki, Avropa Liqasının qrup mərhələsində qələbəyə 570 min, heç-heçəyə isə 190 min avro mükafat verilir. Qrupun qalibi 1 milyon, ikincisi isə 500 min avro mükafat alır.

Qrupda qələbə üçün – 570 min avro

Heç-heçə üçün – 190 min avro

Qrupun qalibi üçün – 1 milyon avro

Qrup ikincisi üçün – 500 min avro

1/16 finalda iştirak üçün – 500 min avro

1/8 finalda iştirak üçün – 1,1 milyon avro

1/4 finalda iştirak üçün – 1,5 milyon avro

1/2 finalda iştirak üçün – 2,4 milyon avro

Finalda iştirak üçün – 4,5 milyon avro

Finalın qalib əlavə 4 milyon avro qazanacaq.

Qeyd edək ki, Avropa Liqasının finalı gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43