İdman

“Qarabağ Azərbaycandır!”: İki komanda yarımfinalda!

Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) Ordumuzun Vətən müharibəsində qazandığı qələbəyə həsr olunmuş “Qarabağ Azərbaycandır!” futbol turnirində ikinci tura yekun vurulub.

Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) dəstəyi ilə idman jurnalistləri arasında təşkil olunmuş yarışda qarşılaşmalar akademiyanın stadionunda oynanılır.

Bugünkü görüşlər nəticəsində A qrupundan “Füzuli” və “Qubadlı” komandaları hərəyə 6 xalla yarımfinala vəsiqə qazanıb. “Zəngilan” da ardıcıl ikinci qələbəsini qazanıb, amma yarımfinalçıların adlarına son turda aydınlıq gələcək.

A qrupu

“Qubadlı” – “Laçın” – 7:4
Qollar: Etibar Tağıyev (3); Xanoğlan İmanov (2); Anar Əsədov; Anar Hacıyev – Elvin Əhəd (2); Teymur Maksutov (2)

“Füzuli” – “Cəbrayıl” – 11:0
Qollar: Vüsal Yalçınoğlu (4); Elvin Rüstəmov (3); Babək Cahandarov (2); Səfail Baxşıyev; Vüqar Səfərli

1. “Füzuli” 2 2 0 0 18-0 6
2. “Qubadlı” 2 2 0 0 14-5 6
3. “Laçın” 2 0 0 2 4 14 0
4. “Cəbrayı” 2 0 0 2 1-18 0

Xal durumu: “Füzuli” – 6, “Qubadlı” – 6, “Laçın” – 0, “Cəbrayıl” – 0.

“Füzuli” və “Qubadlı” komandaları yarımfinala yüksəlib.

B qrupu

“Şuşa” – “Kəlbəcər” – 6:1
Qollar: Samir Məhərrəmov (3); Əli Raufoğlu (2); Anar Xanlarov – Ağa Dadaşzadə

“Zəngilan” – “Ağdam” – 4:3
Qollar: Xalid Ağəliyev (2); Rəşad Baxşəliyev; Atəş Sultanov – Asəf Zeynallı; Nurlan Valehoğlu; Rüstəm Əfsərli

“Zəngilan” 2 2 0 0 15-5 6
“Ağdam” 2 1 0 1 6-4 3
“Şuşa” 2 1 0 1 6-4 3
“Kəlbəcər” 2 0 0 2 3-17 0

Xal durumu: “Zəngilan” – 6, “Ağdam” – 3, “Şuşa” – 3, “Kəlbəcər” – 0.

İlk turda “Ağdam” “Şuşa”nı 3:0 hesabı ilə yendiyi üçün ikinci pillədə qərarlaşıb.

Bombardirlər: Xalid Ağəliyev (“Zəngilan”) – 6, Vüsal Yalçınoğlu (“Füzuli”) – 6, Xanoğlan İmanov (“Qubadlı”) – 5, Elvin Rüstəmov (“Füzuli”) – 5. Nurşən Quliyev (“Zəngilan”) – 4, Mirbağırağa Cəfəri (“Qubadlı”) – 4.

III turda görüşəcəklər:

15 iyun

A qrupu
10:00. “Cəbrayıl” – “Laçın”, “Füzuli” – “Qubadlı”

B qrupu
11:00. “Kəlbəcər” – “Ağdam”, “Şuşa” – “Zəngilan”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43