Ölkə futbolu

“Qarabağ” “Bakı”ya 9 qolla qalib gəldi

Yeni mövsüm hazırlıqlarını Bakıda davam etdirən “Qarabağ” bu gün yoxlama görüşü keçirib.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubu həvəskarlar liqasında çıxış edən “Bakı” ilə qarşılaşıb. Matç Qurban Qurbanovun komandasının 9:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Qarabağ”la “Bakı” sonuncu dəfə 2015-ci ildə qarşılaşıb. Həmin il Premyer Liqanı tərk edən paytaxt klubu 2015/2016 mövsümündə I divizionda mübarizə aparıb. İkiqat Azərbaycan çempionu hazırda həvəskarlar liqasında çıxış edir.

14 iyun

17:30. “Qarabağ” – “Bakı” – 9:0
Qollar: Dino Ndlovu, (5 qol), Mahir Mədətov, (2 qol), İbrahim Aslanlı, Nicat Süleymanov (hərəyə 1 qol)
“Azərsun Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43