Dünyadan

“Qarabağ” – “Bayer” oyununu canlı yayımlayacaq kanallar – siyahıda Ermənistan da var

UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində təmsilçimiz “Qarabağ” öz meyndanında Leverkuzen “Bayer”ni qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, Bakıda keçiriləcək oyunu “CBC Sport” kanalı canlı yayımlayacaq.

Türkiyənin “Exxen” və Rusiyanın “Match! Football 3” kanalları da saat 21:45-də-da başlayacaq oyunu mavi ekranlara daşıyacaq.

Almaniyada olsuğu kimi Bakıdakı qarşılaşma da Ermənistanda canlı yayımlanacaq. Ermənistanın “Fast” kanalı da sözügedən matçı yayım proqramına salıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43