Dünya futbolu

Neymara şok: sevgilsinin evini soydular, qızını axtarırlar

Amerikanın San-Paulu ştatının Kotia şəhərində “Əl-Hilal”ın hücumçusu Neymarın sevigilisi Bruna Biankardininn ailəsi qarət edilib.

İdmanxeber.az-ın məlumatına görə, naməlum şəxslər Biankardinin anasına silah tutaraq mənzilə soxulublar. Soyğunçular təxminən 120 min dollar dəyərində zinət əşyaları, saatlar götürüb.

Bundan əlavə, qarətçilər Neymarın sevgilisi Bruna Biankardi və onların yeni doğulmuş qızının harada olduğunu soruşub.

Daha sonra Neymar və sevigilisi sosial şəbəkələrdən hər şeyin qaydasında olduğunu bildirib 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43