Dünya futbolu

“Bavariya”nın sabiq baş məşqçisi ərəblərin gündəmində

Səusiyyə Ərəbistanı klubu “Əl-İttihad” rəhbərliyi baş məşqçi postuna namizədlər axtarır.

İdmanxeber.az-ın məlumatına görə, Nuno Espirito Santonun qovulmasından sonra ərəblər Xulen Lopeteqi və ya Hans Fliki komandanın başına keçirmək istəyir. 

Xatırladaq ki, Nuno ötən ilin yayından “Əl-İttihad”a rəhbərlik edir. Komanda 12 turdan sonra Səudiyyə Ərəbistanı çempionatında 21 xalla altıncı pillədə qərarlaşıb.

Asiya Çempionlar Liqasında bu komanda İraqın “Əl-Quva” klubuna məğlub olub (0:2).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43