Kateqoriyasız

“Qarabağ” bizdən daha təcrübəli komandadır” – “Partizani”nin prezidenti

“Qarabağ” bizdən daha təcrübəli komandadır. Yaxşı heyəti var. Uzun illərdir Azərbaycan çempionu olurlar. Hətta Çempionlar Liqasının qrup mərhələsində də çıxış ediblər”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Partizani”nin prezidenti Qazmend Demi püşkü dəyərləndirərkən deyib.

Klub başçısı komandasına inandığını söyləyib: “Püşkdə bizə düşməsini arzuladığım xüsusi bir klub yox idi. Çünki istənilən rəqiblə meydanda 11-11-ə oynayacağıq. Öz komandama, işçilərimə, direktorlarımıza inanıram. Bir neçə mövqeni gücləndirməklə, işin öhdəsindən gələ bilərik”.

Qeyd edək ki, ÇL-də 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10 iyul, cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43