Ölkə futbolu

“Qarabağ” bu gün ölkəni tərk edəcək

Çempionlar Liqasının II təsnifat mərhələsində “F91 Düdelanj”ın qonağı olacaq “Qarabağ” bu gün Lüksemburqa yola düşür.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda bu gün saat 18:00-da Bakı-Lüksemburq reysi ilə ölkəni tərk edəcək. Təxminən 5 saatlıq uçuşdan sonra təmsilçimiz Lüksemburqa çatacağı gözlənilir.

Qeyd edək ki, iyulun 20-də keçiriləcək “F91 Düdelanj” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43