Kateqoriyasız

“Qarabağ” Çempionlar Liqasında rəqibi müəyyənləşdi

Bu gün Çempionlar Liqasında I və II təsnifat mərhələsinin püşkü atılıb.

İdmanxeber.com-un məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasimdə Azərbaycan çempionu "Qarabağ"ın rəqibi müəyyənləşib.

Ardıcıl üçüncü dəfə ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ”  II təsnifat mərhələsində Lüksemburq çempionu “Düdelanj”la qarşılaşacaq. Ağdam təmsilçisi ilk görüşünü evdə, cavab matçını isə səfərdə keçirəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43