Ölkə futbolu

“Qarabağ” da bu gün səfərə çıxır

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab matçında “Samtredia” ilə qarşılaşacaq “Qarabağ” bu gün Gürcüstana gedəcək.

İdmanxeber.com-un məlumatına görə, komanda Tiflisə çarter deyil, adi şərnişin reysi ilə saat 20:10-da yola düşəcək.

Sabah “Qarabağ”ın oyununun keçiriləcəyi Tiflisdəki Boris Payçadze adına stadionda məşqi nəzərdə tutulub.

Xatırladaq ki, bu komandaların ilk matçında Ağdam klubu 5:0 hesabı ilə qalib gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43