Ölkə futbolu

“Qarabağ” – “Dnepr” matçını stadiondan canlı izləmək istəyənlərin nəzərinə – FOTO

Avropa Liqasının qrup mərhələsinin IV turunda keçiriləcək “Qarabağ” – “Dnepr” matçının biletləri bu gündən satışa çıxarılacaq.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, biletlər səhər saatlarından etibarən Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışda olacaq.

Biletlərin qiyməti 1-10 manat arası dəyişir.

Qeyd edək ki, noyabrın 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Dnepr” oyunu saat 21:00-da başlayacaq.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43