Dünyadan

“Qarabağ” dünyanın 100 ən yaxşı klubu sırasında

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2014-cü il üçün  klubların reytinq siyahısını hazırlayıb.

İdmanxeber.com-un məlumatına görə,  dünyanın 100 ən yaxşı klubu sırasında  “Qarabağ” da yer alıb. Təmsilçimiz 138 xal ilə siyahının 78-ci pilləsində qərarlaşıb.

Siyahıya  381 xalla “Real” klubu başçılıq edir. “Bavariya” ikinci, “Atletiko” isə üçüncü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43