İdman

“Qarabağ” Emeqaranı bu qiymətə aldı

“Qarabağ”ın yeni transferi İnnosent Emeqaranın Ağdam klubunda qazanacağı məbləğ müəyyənləşib.

İdmanxeber.com-un İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, Nigeriya əsilli isveçrəli hücumçunun keçidi “Qarabağ”a 800 min avroya başa gəlib. 29 yaşlı forvard ağdamlılarla 1+1 illik müqavilə bağlayıb.

Qeyd edək ki, bu, Emeqaranın “Qarabağ”a ikinci gəlişidir. Təcrübəli futbolçu 2014-2015 mövsümündə də Ağdam klubunun formasını geyinib və 8 oyunda 5 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43