İdman

Azərbaycanın mövqeyi dəyişdi – UEFA reytinqi

Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Dünən baş tutan matçlardan sonra UEFA-nın yeni mövqeyi açıqlanıb.

Keçirilən görüşlər bəzi dəyişikliklərə səbəb olub. Bu, qitənin ikinci dərəcəli klub turnirində təmsilçisi qalmayan Azərbaycandan da yan keçməyib. Ölkəmiz 1 pillə geriləyib.

Belarus Azərbaycanı geridə qoyub. Hazırda aktivində 17,825 xalı olan ölıkəmiz qitənin 23-cüsüdü. 22-ci İsveçin 18, 275, 24-cü Şotlandiyanın 17, 625 xalı var.

Cari mövsüm Azərbaycan 1,250 xal əldə edib. Bunun 0,500-nü “Qarabağ” qazanıbsa, digər üç komanda – “Neftçi”, “Qəbələ” və “Keşlə” hərəsi 0,250 əldə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43