Kateqoriyasız

“Qarabağ” erməni təxribatından çəkinməməlidir”

“Qarabağ” Futbol Klubu Almaniyada ermənilərin ehtimal olunan təxribatından çəkinməli deyil. Bu barədə Trend-ə AFFA-nın birinci vitse-prezidenti, millət vəkili Rauf Əliyev bildirib.
 
Qeyd edək ki, ötən gün Almaniyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evi məlumat göndərərək “Qarabağ” Futbol Klubu ilə Almaniyanın “Ayntraxt” klubunun oyunu zamanı erməni separatçılarının təxribat törədəcəkləri barədə onlarda məlumat olduğunu bildirib. Mədəniyyət Evi bununla bağlı “Qarabağ” Futbol Klubunun rəhbərliyinə müraciət məktubu göndərib.
 
R.Əliyev qeyd edib ki, müvafiq səviyyələrdə bu məsələ ilə bağlı müvafiq işlər görülür. “Eləcə də Berlində yerləşən Almaniya-Azərbaycan Mədəniyyət Mərkəzindən müvafiq zənglər olub. Digər tərəfdən Almaniyada təhsil alan tələbələr də bu təxribatın qarşısını alacaqlar. Biz “Qarabağı” tək qoymayacağıq, hamımız onlarlayıq”.
 
Qeyd edək ki, Avropa Liqasının “pley-off” mərhələsində Ağdamın “Qarabağ” klubu Almaniyanın “Ayntraxt” klubu ilə qarşılaşacaq. İlk oyun avqustun 22-də Azərbaycanda, cavab oyunu isə bir həftə sonra Almaniyada keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43